Azərbaycan vətəndaşları Gürcüstana qızıl və brilyant daşları qanunsuz keçirməyə cəhd ediblər

Azərbaycan vətəndaşları Gürcüstana qızıl və brilyant daşları qanunsuz keçirməyə cəhd ediblər Gürcüstanda “Qırmızı körpü” gömrük-keçid məntəqəsində noyabrın 20-dən dekabrın 2-dək Azərbaycan vətəndaşları saxlanılıb.
Region
4 Dekabr , 2019 10:27
Azərbaycan vətəndaşları Gürcüstana qızıl və brilyant daşları qanunsuz keçirməyə cəhd ediblər

Gürcüstanda “Qırmızı körpü” gömrük-keçid məntəqəsində noyabrın 20-dən dekabrın 2-dək Azərbaycan vətəndaşları saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Saxlanılan şəxslərin üzərlərinə və avtomobillərinə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən dəyəri 23,116.29 lari olan 254,63 qram emal edilməmiş qızıl və 54 ədəd brilyant daş aşkar olunub.

Ekspertizaya əsasən, məmulatların ümumi gömrük dəyəri 27,968.35 lari (16 min manatdan artıq) təşkil edib.

Gürcüstan qanunvericiliyinə əsasən, Azərbaycan vətəndaşlarına qarşı müsadirə olunan malların dəyərinə bərabər məbləğdə cərimə sanksiyası tətbiq edilib. 

Son xəbərlər

Orphus sistemi