Gürcüstanın Qardabani rayonunun Teleti kəndi yaxınlığında baş verən qəza nəticəsində bir Azərbaycan vətəndaşı xəsarət alıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxs xəstəxanaya yerləşdirilib.
Üç mikroavtobus və bir minik avtomobilinin toqquşması nəticəsində, ümumilikdə, 20 nəfər xəsarət alıb, 2 nəfər isə ölüb. Ölən şəxslər və xəsarət alanların əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Qəzaya düşən mikroavtobuslardan biri Yerevan-Batumi istiqaməti üzrə hərəkət edib.
Faktla bağlı cinayət işi açılıb. Qəzanın başvermə səbəbləri müəyyən olunur.