Azərbaycan və Türkiyənin gənclər fondları "Şuşa ili" ilə bağlı forum keçirib

Azərbaycan və Türkiyənin gənclər fondları "Şuşa ili" ilə bağlı forum keçirib Türkiyənin İstanbul şəhərində TÜGVA (Türkiyə Gənclər Vakfı), Azərbaycan Gənclər Fondu və Azərbaycanın bu şəhərdəki Baş konsulluğunun təşkilatçılığı ilə "Şuşa ili" ilə bağlı tədbir keçirilib.
Region
29 Aprel , 2022 04:42
Azərbaycan və Türkiyənin gənclər fondları Şuşa ili ilə bağlı forum keçirib

Türkiyənin İstanbul şəhərində TÜGVA (Türkiyə Gənclər Vakfı), Azərbaycan Gənclər Fondu və Azərbaycanın bu şəhərdəki Baş konsulluğunun təşkilatçılığı ilə "Şuşa ili" ilə bağlı forum keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycan Gənclər Fondunun (AGF) icraçı direktoru Fərid Cəfərli, TÜGVA rəhbəri Enes Eminoğlu, İstanbuldakı Baş konsulluğun konsulu Zaur Allahverdizadə, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı elm adamları, bu ölkənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Tədbirdə çıxış edən AGF-un icraçı direktoru F.Cəfərli, son illər TÜGVA və Azərbaycan Gənclər Fondu arasında daha da güclənən əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.

O, qeyd edib ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə iki qardaş ölkənin gəncləri arasında qarşılıqlı əlaqələrin daha da güclənməsinə ehtiyac yaranıb: "Qeyd edim ki, son dövrdə də TÜGVA ilə AGF-un birgə fəaliyyəti məhz bu məsələyə istiqamətlənib. Bununla yanaşı, Şuşa başda olmaqla azad edilmiş digər ərazilərimizdə Azərbaycan dövlətinin apardığı yenidənqurma işlərində həm Azərbaycan, həm də Türkiyə gənclərin mümkün rolunun artırılmasının vacibliyi vurğulanıb”.

Tədbirdə çıxış edən Z.Allahverdizadə qeyd edib ki, Şuşada iki ölkənin dövlət başçıları arasında imzalanan tarixi Şuşa Bəyannaməsi mahiyyət etibarilə, Türkiyə ilə Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə çatdırıb: "Məhz bu mənada, gənclər arasında kommunikasiyanı gücləndirmək və qarşılaşdıqları problemlərin həlli üçün konkret mexanizmlərin qurulması olduqca vacibdir".

Türkiyə Gənclər Fondunun rəhbəri Enes Eminoğlu isə çıxışı zamanı dövlət başçılarının Şuşadaki görüşünün əhəmiyyətinə toxunub: "Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Şuşanın yalnız şuşalılar üçün yox, bütün azərbaycanlılar, bütün türk dünyası üçün əziz olması tarixi gerçəkliyin ifadəsidir. TÜGVA-nın Şuşaya ardıcıl səfərləri və gələcəkdə planlaşdırılan səfərlər də müəyyən mənada bu reallıqla bağlıdır".

Tədbir çərçivəsində həmçinin Vətən müharibəsi və Şuşada yenidənqurma prosesləri haqqında videoçarx nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi