Azərbaycan və Türkiyə şirkətləri Gürcüstanda koronavirusla mübarizəyə dəstək oldu

Azərbaycan və Türkiyə şirkətləri Gürcüstanda koronavirusla mübarizəyə dəstək oldu Gürcüstanda fəaliyyət göstərən Azərbaycanın “Akkord Georgia” və Türkiyənin “Polatyol & Mapa” ölkədə koronavirusla mübarizəyə maddi dəstək göstəriblər.
Region
1 May , 2020 13:20
Azərbaycan və Türkiyə şirkətləri Gürcüstanda koronavirusla mübarizəyə dəstək oldu

Gürcüstanda fəaliyyət göstərən Azərbaycanın “Akkord Georgia” və Türkiyənin “Polatyol & Mapa” ölkədə koronavirusla mübarizəyə maddi dəstək göstəriblər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Regional İnkişaf və İnfrastruktur Nazirliyindən bildirilib.

Hər iki şirkət "StopCov" fonduna, ümumilikdə, 45 min ABŞ dolları məbləğində ianə edib.

Qeyd edək ki, martın 24-də yaradılan koronavirusla mübarizəyə dəstək fondunda toplanan vəsaitin həcmi hazırda 129 611 799 lari (40,3 milyon ABŞ dolları) təşkil edir. 

Son xəbərlər

Orphus sistemi