Azərbaycan və Gürcüstanın təhsil sahəsində əməkdaşlığı müzakirə olunub

Azərbaycan və Gürcüstanın təhsil sahəsində əməkdaşlığı müzakirə olunub Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Aleksandr Tsuladze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.
Region
29 Yanvar , 2025 15:23
Azərbaycan və Gürcüstanın təhsil sahəsində əməkdaşlığı müzakirə olunub

Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Aleksandr Tsuladze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, görüş zamanı iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsi, mövcud layihələr və gələcək planlar müzakirə edilib.

Nazir Azərbaycanla birgə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayaraq Gürcüstanda aparılan və planlaşdırılan təhsil islahatları haqqında səfirə məlumat verib. O, uzunmüddətli tərəfdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanda təhsil sahəsində görülən işləri yüksək qiymətləndirib və iki ölkə arasında birgə təhsil layihələrinin həyata keçirilməsinə hazır olduqlarını qeyd edib.

Görüşdə Gürcüstanın Təhsil, Elm və Gənclər nazirinin müavini Baya Kvitsiani də iştirak edib.

Son xəbərlər

Orphus sistemi