Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili ilə görüşüb.
Region
23 Yanvar , 2021 17:11
Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili ilə görüşüb.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycan səfirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, qida təhlükəsizliyi və ekologiya sahəsində sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, bu sahələrdə yeni layihələrin icrası və müqavilələrin imzalanmasının təşviqi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Həmçinin, iki ölkə arasında ikitərəfli ticarətdə qeyri-neft məhsullarının çəkisinin artırılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, eləcə də, bu sahədə sərmayə yatırımlarının təşviqi imkanları müzakirə olunub. Eyni zamanda, görüşdə Qafqazda vəhşi təbiətin bərpası və biomüxtəlifliyin qorunması, trans-sərhəd çayların, o cümlədən Kür çayı hövzəsi sulardan səmərəli istifadə sahəsində əməkdaşlıq edildiyi və bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Habelə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Gürcüstanda sosial-iqtisadi sahələrdə həyata keçirilən layihələrdən, xüsusilə COVID-19 pandemiyası dövründə Gürcüstanda yerli fermerlərə dəstək üçün icra edilən aqrodizel layihəsindən məmnunluq ifadə edilib. Görüşdə həmçinin, Gürcüstanda torpaq sahəsində həyata keçirilən islahatlar, o cümlədən Meşə Məcəlləsinə dəyişikliklərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında kənd təsərrüfatı və ətraf mühit sahələrində ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu, fındıq istehsalı və digər sahələrdə bir sıra mühüm layihələrin icra olunduğu qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi