Azərbaycan səfirliyi gürcü diplomatları təbrik edib

Azərbaycan səfirliyi gürcü diplomatları təbrik edib Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin Xarici İşlər Nazirliyi və diplomatlarını Gürcüstan diplomatiyası günü münasibətilə təbrik edib.
Region
3 Noyabr , 2020 14:28
Azərbaycan səfirliyi gürcü diplomatları təbrik edib

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin Xarici İşlər Nazirliyi və diplomatlarını Gürcüstan diplomatiyası günü münasibətilə təbrik edib.

“Report”un yerli bürosu xəbər verir ki, təbrikdə Azərbaycan və Gürcüstanın beynəlxalq arenada birgə səyləri yüksək qiymətləndirilib.

“Birgə səylərimiz Cənubi Qafqaz və Avropada sabitlik, inkişafa xidmət edib və bundan sonra da xidmət edəcək”, - təbrikdə deyilir.

Qeyd edək ki, 2004-cü ildən Gürcüstan diplomatları noyabrın 4-də peşə bayramlarını qeyd edirlər.

Son xəbərlər

Orphus sistemi