Azərbaycan ötən il Rusiyaya pomidor ixracında birinci yerə çıxıb

Azərbaycan ötən il Rusiyaya pomidor ixracında birinci yerə çıxıb Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan 2017-ci ildə Rusiyanın ən böyük pomidor ixracatçısı olub.
Region
1 Mart , 2018 04:19
Azərbaycan ötən il Rusiyaya pomidor ixracında birinci yerə çıxıb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan 2017-ci ildə Rusiyanın ən böyük pomidor ixracatçısı olub.

"Report" xəbər verir ki, bu barədə "Aqroinvestor" Rusiyanın Federal Gömrük Xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, ötən il ixrac edilən pomidorun çəkisi 151 min tona çataraq, qiyməti 151 milyon dollar təşkil edib. Beləliklə, idxalın illik həcmində Azərbaycanın payı 2016-cı ildəki 22 faizdən 30 faizə qədər artıb.

"Aqroinvestor"un məlumatına görə, Azərbaycanın ixrac etdiyi pomidorların 99,8 faizi Rusiyada göndərilir.

İxracata görə siyahıda ikinci yerdə Çin dayanır. Ölkə 2016-cı illə müqayisədə ötən il Rusiyaya ixracı 26 faiz artıraraq, 109 min tona çatdırıb.

2016-cı ildə birinci yeri tutmuş Mərakeş isə əksinə, ötən il idxalı 23 faiz - 97 min tona qədər azaldıb və ən böyük təchizatçıların arasında üçüncü yerə çıxıb. 

Son xəbərlər

Orphus sistemi