Azərbaycan helikopterləri Türkiyədəki meşə yanğınlarının söndürülməsində fəal iştirak edir

Azərbaycan helikopterləri Türkiyədəki meşə yanğınlarının söndürülməsində fəal iştirak edir Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri hazırda helikopterlər vasitəsilə yanğının qarşısını almağa çalışırlar.
Region
3 Avqust , 2021 15:57
Azərbaycan helikopterləri Türkiyədəki meşə yanğınlarının söndürülməsində fəal iştirak edir
Courtesy İmage

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri hazırda helikopterlər vasitəsilə yanğının qarşısını almağa çalışırlar.

"Report" xəbər verir ki, “Haber Global” telekanalının hazırladığı reportajda qardaş ölkəyə dəstək üçün göndərilən Azərbaycan helikopterinin yanğının söndürülməsi üçün fəaliyyətindən bəhs edilib.

Reportajda Türkiyədəki meşə yanğınlarının hələ də davam etdiyi və havadan müdaxilənin önəmindən danışılıb. Bildirilib ki, 50-dən artıq helikopter vasitəsilə yanğınların söndürülməsinə çalışılır.

Görüntülərdə helikopterlərin istənilən mənbədən su ehtiyatı götürməsi və yanğınların olduğu bölgələrə hərəkəti əks olunub.

“Haber Global”ın hazırladığı reportajı təqdim edirik:

Son xəbərlər

Orphus sistemi