Azərbaycan Gürcüstanla birgə turizm marşrutları hazırlayır

Azərbaycan Gürcüstanla birgə turizm marşrutları hazırlayır “Gürcüstan və Azərbaycanı əhatə edəcək birgə turizm paketinin layihəsi artıq hazırdır”
Region
8 May , 2021 12:25
Azərbaycan Gürcüstanla birgə turizm marşrutları hazırlayır

“Gürcüstan və Azərbaycanı əhatə edəcək birgə turizm paketinin layihəsi artıq hazırdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

Onun sözlərinə görə, paket üçüncü ölkələrdən Qafqaza səfərə hazırlaşanlar üçün nəzərdə tutulub: “Əcnəbilər bir səfər çərçivəsində həm Gürcüstan, həm də Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, təbiəti və mətbəxi ilə tanış olmaq imkanı əldə edəcəklər”.

Səfir bildirib ki, iki ölkənin turizm idarələri arasında yeni turizm marşrutları hazırlanır: “Marşrutlar yalnız Bakı və Tbilisini deyil, hər iki ölkənin demək olar bütün bölgələrini əhatə edəcək. Fikrimcə, bu, çox maraqlı layihədir. Artıq müəyyən nəticələr də əldə olunub. Bir çox dostlarımız bu barədə maraqlanır. Birgə səylərlə ölkələrimizin turistlər arasında populyarlığının artırılması və birgə turizm paketinin tanıdılması istiqamətində fəal iş aparılır”.

Son xəbərlər

Orphus sistemi