Bu ilin ilk beş ayında Gürcüstandan Azərbaycana ümumi dəyəri 167,35 mln. ABŞ dolları olan məhsul ixrac edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixracında 1,9% azalma qeydə alınıb.
Yanvar-mayda Azərbaycan Gürcüstanın ümumi ixracında 13,5% payla Çindən sonra ikinci əsas ixrac tərəfdaşı olub.