Azərbaycan Gürcüstana səfər edənlərin sayına görə birincidir

Azərbaycan Gürcüstana səfər edənlərin sayına görə birincidir Gürcüstan bu ilin yanvar-fevral aylarında Azərbaycandan 218 753 ziyarətçi qəbul edib.
Region
6 mart 2020 14:04
Azərbaycan Gürcüstana səfər edənlərin sayına görə birincidir
google.az

Gürcüstan bu ilin yanvar-fevral aylarında Azərbaycandan 218 753 ziyarətçi qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycandan olan ziyarətçilərin sayı 42 901 nəfər və ya 24,4% artıb. Azərbaycan bu ilin ilk iki ayı ərzində Gürcüstana ən çox səfər edən əcnəbilərin sayı baxımından birinci yerdə qərarlaşıb.

İlk üçlüyə Azərbaycandan sonra Ermənistan (148 922 ziyarətçi) və Rusiya (139 142 ziyarətçi) daxil olub. 

Son xəbərlər

Orphus sistemi