Azərbaycan Gürcüstana nəsli kəsilməkdə olan balığın bərpasında dəstək göstərib

Azərbaycan Gürcüstana nəsli kəsilməkdə olan balığın bərpasında dəstək göstərib Gürcüstanın Vəhşi Təbiət üzrə Milli Agentliyi ölkədə nəsli kəsilməkdə olan sıf balığının (Lucioperca) yetişdirilməsi üçün layihə həyata keçirir.
Region
21 İyul , 2020 18:29
Azərbaycan Gürcüstana nəsli kəsilməkdə olan balığın bərpasında dəstək göstərib

Gürcüstanın Vəhşi Təbiət üzrə Milli Agentliyi ölkədə nəsli kəsilməkdə olan sıf balığının (Lucioperca) yetişdirilməsi üçün layihə həyata keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, layihə üçün Azərbaycan Gürcüstana 5-7 santimetrlik 1 000-ə yaxın körpə balıq təqdim edib.

Balıqlar yaradılmış xüsusi gölməçədə saxlanılır və artıq ölçüləri 16-31 santimetrə çatdırılıb.

Çoxaldılandan sonra balıqlar Kür və digər su hövzələrinə buraxılacaq.

Milli Agentlikdən qeyd olunub ki, Gürcüstanın su hövzələrində sıf balığının populyasiyası kəskin azalıb.

Son xəbərlər

Orphus sistemi