AXC-nin elan edildiyi bina bərpadan sonra belə olacaq - FOTO

AXC-nin elan edildiyi bina bərpadan sonra belə olacaq - FOTO Tbilisi meriyası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu binanın, indiki Gənclər Sarayının bərpası ilə bağlı bəzi layihə şəkillərini ictimaiyyətə təqdim edib.
Region
300
6 Fevral , 2020 19:11
AXC-nin elan edildiyi bina bərpadan sonra belə olacaq - FOTO

Tbilisi meriyası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu binanın, indiki Gənclər Sarayının bərpası ilə bağlı bəzi layihə şəkillərini ictimaiyyətə təqdim edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, şəkillərə əsasən, layihə çərçivəsində tarixi binanın qapı-pəncərələri yenilənəcək və fasadının rəngi də dəyişdiriləcək.

Tikilinin arxa hissəsi də təmir-bərpa olunacaq, həyətinə yeni daş örtüklər döşənəcək, yaşıllıq sahələri salınacaq, yeni oturacaqlar və işıqlar quraşdırılacaq.

Qeyd edək ki, binanın təmir-bərpası layihəsinin dəyəri təxminən 25 milyon lari (8,8 milyon ABŞ dolları) təşkil edir. Layihə üzrə işlərin 2021-ci ildə başa çatdırılacağı planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi