Avstriyanın Ankaradakı səfirliyi yaxınlığında atəş açanlar saxlanılıb

Avstriyanın Ankaradakı səfirliyi yaxınlığında atəş açanlar saxlanılıb Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyənin hüquq-mühafizə orqanları Ankaranın Atatürk bulvarında, Avstriyanın bu ölkədəki səfirliyinin binası yaxınlığında atəş açan şəxsləri saxlayıb.
Region
26 Noyabr , 2018 04:27
Avstriyanın Ankaradakı səfirliyi yaxınlığında atəş açanlar saxlanılıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyənin hüquq-mühafizə orqanları Ankaranın Atatürk bulvarında, Avstriyanın bu ölkədəki səfirliyinin binası yaxınlığında atəş açan şəxsləri saxlayıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ankara vilayəti qubernatorunun administrasiyasından bildirilib.

Məlumata görə, ərazidə avtomobildən havaya atəş açılıb. Hadisə ilə bağlı iki nəfər saxlanılıb.

İlkin istintaq müəyyən edib ki, şübhəlilər sərxoş vəziyyətdə olublar. Faktla bağlı təhqiqat aparılır.  

Son xəbərlər

Orphus sistemi