Avstriya ATƏT-in Ukraynaya dəstək proqramı çərçivəsində Ukraynaya minalardan təmizləmə işində kömək edir.
"Report" "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq müsahibəsində bildirib.
Avstriya minalardan təmizlənməsində Ukraynaya kömək etmək üçün müxtəlif variantları nəzərdən keçirir və artıq öz humanitar töhfəsini verir.
“Biz Ukrayna hökumətinin humanitar minatəmizləmə sahəsində dəstək çağırışına tez cavab verdik. Avstriya artıq ATƏT-in “Ukraynaya Dəstək Proqramı” çərçivəsində Ukraynada minaların təmizlənməsinə öz töhfəsini verir”, - Şallenberq bildirib.