Avropanın daxili işlər üzrə komissarı İlva Yohansson Ukrayna paytaxtı Kiyevdə səfərdədir.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə o, özünün tviter səhifəsində yazıb.
“Avropa İttifaqı və Ukraynanın ümumi təhlükəsizliyini müzakirə etmək üçün bu gün Kiyevdəyəm”, - avrokomissar bildirib.
Səfər zamanı o, həmçinin silahların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması, hərbi cinayətlərin araşdırılması, minalardan təmizlənmə məsələsində Ukraynaya dəstəyin göstərilməsi və s. ilə bağlı məsələləri müzakirə edəcək.