​Avropadakı erməni federasiyası terrorçuları dəstəkləyən bəyanat verib

​Avropadakı erməni federasiyası terrorçuları dəstəkləyən bəyanat verib "Ədalət və demokratiya naminə Xalqların Demokratik Partiyasına səs verin"
Region
22 Oktyabr , 2015 13:18
​Avropadakı erməni federasiyası terrorçuları dəstəkləyən bəyanat verib

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Ədalət və demokratiya naminə Xalqların Demokratik Partiyasına səs verin".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Avropa Erməni Federasiyası Avropada yaşayan Türkiyə vətəndaşlarına müraciətində bildirib.

Federasiya noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkidə Avropa ölkələrində yaşayan Türkiyə vətəndaşlarına müraciət edərək, "ədalət və demokratiya naminə" Xalqların Demokratik Partiyasına (HDP) səs verməsini istəyib.

Ermənilərin bu təşkilatı cari il iyunun 7-də keçirilən seçkidə də HDP ilə bağlı oxşar müraciət etmişdi.

Qeyd edək ki, HDP-nin liderlərindən biri seçkiqabağı kampaniya zamanı çıxışında bildirib ki, hakimiyyətə gələcəkləri halda Türkiyə ilə Ermənistan arasındakı sərhədi açacaq, Ermənistanın "blokadadan qurtarmasına yardım edəcək, 1915-ci il hadisləri ilə bağlı ermənilərin irəli sürdüyü saxta "erməni soyqırımı"nı tanıyacaqlar".

Xatırladaq ki, HDP terrorçu PKK-nın siyasi sözçüsü kimi də tanınır. 

Son xəbərlər

Orphus sistemi