Avropa parlamentariləri Gürcüstanın bölgədəki vasitəçiliyini alqışlayıb

Avropa parlamentariləri Gürcüstanın bölgədəki vasitəçiliyini alqışlayıb “Avropa parlamentariləri Azərbaycan və Ermənistan arasında Gürcüstanın vasitəçiliyi nəticəsində əldə olunan müsbət nəticələri təqdir edirlər”.
Region
107
16 İyun , 2021 11:09
Avropa parlamentariləri Gürcüstanın bölgədəki vasitəçiliyini alqışlayıb
Maka Boçorişvili

“Avropa parlamentariləri Azərbaycan və Ermənistan arasında Gürcüstanın vasitəçiliyi nəticəsində əldə olunan müsbət nəticələri təqdir edirlər”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avropa inteqrasiyası üzrə Komitəsinin sədri Maka Boçorişvili deyib.

O, Brüsseldə Avropa Parlamentinin deputatları ilə bir sıra görüşlərin keçirildiyini bildirib:

“Görüşlərdə əsas müzakirə mövzusu Gürcüstanın Avropa İttifaqına inteqrasiyası olub. Biz həmçinin regionda baş verən son prosesləri də nəzərdən keçirdik. Azərbaycan və Ermənistan arasında Gürcüstanın vasitəçiliyi sayəsində əldə olunmuş müsbət nəticələr xüsusilə alqışlanıb. Bu, bölgədə təhlükəsizlik mühitinin yaxşılaşdırılması üçün vacib addım olub”.

Son xəbərlər

Orphus sistemi