Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistanda səfərdədir

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistanda səfərdədir Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana gəlib.
Region
295
14 Mart , 2022 11:56
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistanda səfərdədir

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanda səfərdədir.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

T.Klaar bildirib ki, səfər son günlər müşahidə olunan gərginliklə bağlıdır.

“Gərginliyin artdığı bir vaxtda Avropa İttifaqı Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək məqsədinə sadiqliyini nümayiş etdirir”, - xüsusi nümayəndə vurğulayıb.

Qeyd edək ki, Toivo Klaar sonuncu dəfə bir ay əvvəl Ermənistana səfər etmişdi.

Son xəbərlər

Orphus sistemi