Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların məqsədini açıqlayıb

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların məqsədini açıqlayıb Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel Rusiyaya tətbiq edilən növbəti sanksiyaların məqsədini açıqlayıb.
Region
8 aprel 2022 10:30
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların məqsədini açıqlayıb

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyaların məqsədini açıqlayıb.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Son sanksiyalar Rusiya Silahlı Qüvvələrinin Buçada və digər yerlərdə törətdikləri vəhşiliklərdən sonra tətbiq edildi. Sanksiyalarımızın məqsədi Rusiya qoşunlarının ehtiyatsız, qeyri-insani və aqressiv davranışını və Ukraynaya qarşı qanunsuz təcavüzünü dayandırmaqdır”, - ali nümayəndə bildirib.

Son xəbərlər

Orphus sistemi