Avropa İttifaqı Rusiyanın "Vaqner" qrupuna qarşı sanksiya tətbiq edib

Avropa İttifaqı Rusiyanın "Vaqner" qrupuna qarşı sanksiya tətbiq edib Avropa İttifaqı xarici işlər naziriləri Brüsseldə keçirdikləri görüşdə Rusiyanın “Vaqner” adlı xüsusi hərbi şirkətinə qarşı sanksiya müzakirəsiz qəbul ediblər.
Region
13 Dekabr , 2021 14:02
Avropa İttifaqı Rusiyanın Vaqner qrupuna qarşı sanksiya tətbiq edib

Avropa İttifaqı Rusiyanın “Vaqner” xüsusi hərbi şirkətinə qarşı sanksiya tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun Brüsseldə yerləşən mənzil qərargahındakı mənbələr bildirib.

Məlumata görə, qərar ittifaqın xarici işlər nazirlərinin Brüsüldə keçirilən iclasında qəbul olunub. Nazirlər məsələni müzakirə etməyə belə ehtiyac görməyiblər.

Bildirilib ki, sanksiya “Vaqner”lə əlaqəsi olan 4 hüquqi və 8 fiziki şəxsi əhatə edir: “Malidə demokratikləşmə mərhələsinə keçidə mane olduğu üçün bu qrupa sanksiyanın tətbiq edilməsi barədə qərar qəbul olunub”.

Qeyd edək ki, “Vaqner” Qrupu, yaxud "Vaqner" ÖHŞ (Özəl Hərbi Şirkət) Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Qrupa daxil olan muzdlularının Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve, Mərkəzi Afrika Respublikası (MAR), Mali də daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri iddia olunur

Son xəbərlər

Orphus sistemi