Avropa İttifaqı Gürcüstanda islahat çatışmazlığının olduğunu açıqlayıb

Avropa İttifaqı Gürcüstanda islahat çatışmazlığının olduğunu açıqlayıb Avropa İttifaqı (Aİ) Gürcüstana Aİ-yə inteqrasiyanın yeni mərhələsinə keçmək üçün zəruri olan islahatlardakı çatışmazlıqları açıqlayıb.
Region
14 Avqust , 2022 03:12
Avropa İttifaqı Gürcüstanda islahat çatışmazlığının olduğunu açıqlayıb

Avropa İttifaqı (Aİ) Gürcüstana Aİ-yə inteqrasiyanın yeni mərhələsinə keçmək üçün zəruri olan islahatlardakı çatışmazlıqları açıqlayıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, nəticə Aİ-Gürcüstan Assosiasiya Şurasının sentyabrın 6-da keçiriləcək iclası üçün hazırlanmış xüsusi hesabatda yer alıb.

“Gürcüstan çətin şəraitdə islahatlar yolu ilə getməyə davam edib. Bununla belə, biz qanunun aliliyi, idarəetmə və insan hüquqları kimi əsas sahələrdə geriləməni qeydə aldıq. Gürcüstanın Avropa perspektivini nəzərə alaraq Aİ ilə münasibətlərin yeni mərhələsinə qədəm qoyması ilə əlaqədar olaraq o, vətəndaşların bəyan edilmiş məqsəd və istəklərinə uyğun məsuliyyətli və ardıcıl yanaşma nümayiş etdirməlidir”, - Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel hesabatda qeyd edib.

Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli qeyd edib ki, Aİ Gürcüstana namizəd statusu verməyə hazır olduğunu elan etdikdən sonra “top meydanın Gürcüstana aid olan hissəsindədir”. "Demokratiya, məhkəmə islahatları, qanunun aliliyinin gücləndirilməsi, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizəyə ciddi sadiqlik başlıca əhəmiyyət əsas olacaq", - Avropa komissarı bildirib.

Son xəbərlər

Orphus sistemi