Avropa İttifaqı-Gürcüstan əməkdaşlığı genişləndiriləcək

Avropa İttifaqı-Gürcüstan əməkdaşlığı genişləndiriləcək Biz buna hazırıq
Region
16 Mart , 2021 19:16
Avropa İttifaqı-Gürcüstan əməkdaşlığı genişləndiriləcək

“Gürcüstan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək istəyir və biz buna hazırıq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Aİ-nin qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli Gürcüstan-Aİ Assosiasiya Şurasının Brüsseldə keçirilən toplantısından sonra deyib.

Onun sözlərinə görə, azad ticarət sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük imkanlar mövcuddur: “Biz tövsiyə edərdik ki, ilk növbədə, qüvvədə olan çərçivə sazişi daxilində əlçatan alətlərdən istifadə olunsun. Gürcüstan 2024-cü ildə Aİ-yə üzvlük üçün müraciət etməyə qərar verib. İttifaqa üzv dövlətlər kollektiv şəkildə bu müraciətə baxacaq və daha sonra yekun qərar qəbul edəcəklər. Hazırkı mərhələdə biz diqqətimizi azad ticarət haqqında sazişin tam və hərtərəfli reallaşdırılmasına yönəltmişik”.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə öz növbəsində İttifaqa dərin inteqrasiya üçün daha çox imkanların tələb olunduğunu bildirib: “Bizim üçün Avropa İttifaqı ilə qarşılıqlı əlaqələri daha dinamik etmək, Gürcüstan və İttifaq arasında fiziki məsafəni qısaltmaq çox vacibdir”.

O qeyd edib ki, Gürcüstan gələcəyini Aİ ilə birgə görür: “Bizim bu çətin və önəmli yolu keçməklə bağlı öhdəliyimiz var”.

Son xəbərlər

Orphus sistemi