Avropa İttifaqı Gürcüstana 3,5 mlrd. avro ayıracaq

Avropa İttifaqı Gürcüstana 3,5 mlrd. avro ayıracaq Tbilisi. 16 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Gürcüstana 3,5 mlrd. avro ayıracaq.
Region
16 Yanvar , 2019 17:32
Avropa İttifaqı Gürcüstana 3,5 mlrd. avro ayıracaq

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Gürcüstana 3,5 mlrd. avro ayıracaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, vəsait Gürcüstanda infrastruktur layihələrinin həyata keçirilməsinə sərf olunacaq: “Bu, vacib qərardır. Gürcüstanın Avropa strukturlarına inteqrasiyası bizim xarici siyasətimizin əsas prioritetidir. Məqsədimiz Avropa İttifaqına inteqrasiyadır. Bu maliyyə yardımı da bunu nəzərdə tutur”.

D.Zalkaliani deyib ki, Gürcüstanda nəqliyyat infrastrukturunun inkişafını nəzərdə tutan bir sıra əhəmiyyətli layihələr var və Aİ-nin vəsait ayırması alqışlanır. 

Son xəbərlər

Orphus sistemi