Bakı. 19 avqust. REPORT.AZ/ Avropa Şurasının baş katibi Turbyörn üzv ölkələri Qərbi Ukrayna əhalisinə humanitar yardımın göstərilməsini aktivləşdirməyə çağırıb. Report xəbər verir ki, T.Yaqland Avropa Şurası ölkələrinin Xarici İşlər nazirlərinə məktub ünvanlayıb və bu ölkədə məskənlərini dəyişmiş insanların vəziyyətinin pisləşməsinə diqqət çəkib.
"Qərbi Ukraynada humanitar vəziyyət gündən-günə pisləşir. Günahsız insanlar əziyyət çəkir və həlak olur. Qaçqınların sayı kəskin şəkildə artıb. Avropa Şurasının Baş katibi kimi, mən bizim Təşkilata daxil olan ölkələrə İnsan hüquqları haqqında Avropa Konvensiyası ilə zəmanət verilən hüquqların effektiv şəkildə həyata keçirilməsini təmin etməkdə və məskənini dəyişmiş insanları onların yaşadığı yerdən asılı olmayaraq müdafiə etməkdə kömək etmək üçün bütün səyləri görməyə borcluyam. Buna görə də Avropa Şurası ölkələrinin Xarici İşlər nazirlərinə yazdığım bu məktubumda mən üzv ölkələri Ukraynada humanitar yardımı aktivləşdirməyə çağırıram" - deyə, məktubda qeyd olunub.
Avqustun 17-də Berlində baş tutan Ukrayna, Rusiya, Almaniya və Fransanın Xarici İşlər nazirlərinin görüşü haqqında danışarkən, AŞ Baş katibi bu münaqişənin sülh yolu ilə siyasi həllini tapmaq üçün bütün tərəfləri dialoqun davam etdirilməsinə çağırıb.