"Aurus" avtomobil şirkətinin rəhbəri vəzifəsinə azərbaycanlı Adil Şirinov təyin edilib

"Aurus" avtomobil şirkətinin rəhbəri vəzifəsinə azərbaycanlı Adil Şirinov təyin edilib UAZ və Ford Sollers birgə müəssisəsinin baş direktoru Adil Şirinov Aurus avtomobilinin istehsalçısı Aurus Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsinə təyin edilib.
Region
279
10 İyun , 2019 21:39
Aurus avtomobil şirkətinin rəhbəri vəzifəsinə azərbaycanlı Adil Şirinov təyin edilib

"UAZ""Ford Sollers" birgə müəssisəsinin baş direktoru Adil Şirinov "Aurus" avtomobilinin istehsalçısı "Aurus" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsinə təyin edilib.

"Report"un Avropa bürosu xəbər verir ki, o, iyunun 1-dən "Aurus" MMC-ının baş direktoru vəzifəsini icra edir. Adil Şirinov bu postda Herhard Hilqerti əvəz edib. Qeyd edilir ki, H.Hilqert 2018-ci ildən şirkətə başçılıq edib.

Adil Şirinov 1964-cü ildə Bakıda doğulub. O, bu yaxınlarda "UAZ" və "Ford Sollers" birgə müəssisələrinin baş direktoru vəzifəsini icra etməyə başlayıb. Belə ki, Adil Şirinov mayın 23-də “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodunun baş direktoru təyin olunub. 

Son xəbərlər

Orphus sistemi