ATƏT Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın “referendum” planlarını pisləyib

ATƏT Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın “referendum” planlarını pisləyib ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, ATƏT-in baş katibi Helqa Mariya Şmid, ATƏT PA-nın sədri Marqareta Sederfelt və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Matteo Mekaççi Ukraynanın işğal olu
Region
21 Sentyabr , 2022 12:38
ATƏT Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın “referendum” planlarını pisləyib

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, ATƏT-in Baş katibi Helqa Mariya Şmid, ATƏT PA-nın sədri Marqareta Sederfelt və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Matteo Mekaççi Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın “referendum" keçirilməsi planlarını pisləyib.

“Report” xəbər verir ki, bu barədə ATƏT-in Mətbuat Xidmətinin məlumatında bildirilib.

“Ukrayna ərazisində istənilən seçki və ya referendum yalnız qanuni orqanlar tərəfindən milli qanunlara və beynəlxalq standartlara uyğun olaraq elan edilə və keçirilə bilər. Rusiyanın Ukraynaya təcavüzündən sonra aparılan müharibə davam edərkən, Ukraynanın işğal olunmuş əraziləri üzərində faktiki nəzarəti qeyri-qanuni həyata keçirən qüvvələrin dəstəyi ilə planlaşdırılan istənilən qondarma “referendum” beynəlxalq standartlara, öhdəliklərə ziddir və onların nəticələrinin hüquqi qüvvəsi olmayacaq”, - bəyanatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi