ATƏT sədri Ermənistanın XİN başçısı ilə regiondakı durumu müzakirə edib

ATƏT sədri Ermənistanın XİN başçısı ilə regiondakı durumu müzakirə edib ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.
Region
13 aprel 2023 08:21
ATƏT sədri Ermənistanın XİN başçısı ilə regiondakı durumu müzakirə edib

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani aprelin 13-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

“Report” xəbər verir ki, bunu B.Osmani tviterdə yazıb.

Tərəflər xüsusilə Cənubi Qafqaz regionundakı durumu müzakirə ediblər.

Qeyd edək ki, B.Osmani bölgədə səfərdədir. O, aprelin 11-də Gürcüstanda, aprelin 12-də isə Azərbaycanda olub.

Son xəbərlər

Orphus sistemi