​ATƏT Qırğızıstana 350 müşahidəçi göndərəcək

​ATƏT Qırğızıstana 350 müşahidəçi göndərəcək Lamberto Zanyer: "Seçki prosesi bütövlükdə müşahidə ediləcək"
Region
27 Avqust , 2015 11:16
​ATƏT Qırğızıstana 350 müşahidəçi göndərəcək

Bakı. 27 avqust. REPORT.AZ/ ATƏT parlament seçkilərini müşahidə etmək üçün Qırğızıstana 350 müşahidəçi göndərəcək.

"Report" xəbər verir ki, bu haqda Qırğızıstan KİV-i məlumat yayıb.

ATƏT-in baş katibi Lamberto Zanyer ölkə prezidenti Almazbek Atambayevin dəvəti ilə Qırğızıstanda səfərdədir.

ATƏT rəsmisi Qırğızıstan prezidenti ilə görüşdə deyib ki, seçki prosesi bütövlükdə müşahidə ediləcək.

Almazbek Atambekov ölkədəki demokratik institutların inkişafından, parlament sistemli dövlət idarəçiliyinin güclənməsindən, seçki sisteminin müasirləşdirilməsindən və korrupsiyaya qarşı mübarizədən danışıb.

Qeyd edək ki, Qırğızıstanda parlament seçkiləri bu il oktyabrın 4-də keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi