ATƏT PA pandemiyadan sonra münaqişələrin həllində fəallaşmanın olacağına ümid edir

ATƏT PA pandemiyadan sonra münaqişələrin həllində fəallaşmanın olacağına ümid edir ATƏT Parlament Assambleyasının (PA) sədri Giorgi Tsereteli Ermənistanın qurumdakı nümayəndə heyətinin rəhbəri Ayk Koncoryanla onlayn formatda görüş keçirib.
Region
2 İyul , 2020 19:20
ATƏT PA pandemiyadan sonra münaqişələrin həllində fəallaşmanın olacağına ümid edir

ATƏT Parlament Assambleyasının (PA) sədri Giorgi Tsereteli Ermənistanın qurumdakı nümayəndə heyətinin rəhbəri Ayk Koncoryanla onlayn formatda görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat xidmətindən bildirilib.

Tərəflər ATƏT və Ermənistan arasında əməkdaşlığın prioritetlərini müzakirə ediblər.

Müzakirələrdə Ermənistanda koronavirusla bağlı vəziyyətə də toxunulub. A.Koncoryan bildirib ki, ölkədə COVID-19-a yoluxma sayı yüksək olaraq qalır.

Görüşdə əsas müzakirə mövzularından biri Cənubi Qafqazdakı münaqişələrin həlli və post-pandemiya dövründə bu istiqamətdə işlərin intensivləşdirilməsi olub.

Müzakirələrdə ATƏT PA-nın baş katibi Roberto Montella da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi