ATƏT-in müşahidə missiyasının rəhbəri: "Gürcüstanda prezident seçkiləri böyük maraq doğurur"

ATƏT-in müşahidə missiyasının rəhbəri: "Gürcüstanda prezident seçkiləri böyük maraq doğurur" Bakı. 28 oktyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkiləri böyük maraq doğurur.
Region
28 Oktyabr , 2018 14:01
ATƏT-in müşahidə missiyasının rəhbəri: Gürcüstanda prezident seçkiləri böyük maraq doğurur
1tv.ge

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Gürcüstanda prezident seçkiləri böyük maraq doğurur".

"Report" "1tv.ge"yə istinadən xəbər verir ki, bunu ATƏT-in xüsusi koordinatoru, beynəlxalq rəşkilatın qısamüddətli müşahidə missiyasının rəhbəri Kristian Vigenin deyib.

K.Vigeninin sözlərinə görə, ATƏT prezident seçkilərinə böyük müşahidə missiyası göndərib.

"Seçkiləri müşahidə edir, Gürcüstan xalqı ilə həmrəy olduğumuzu bildiririk. Bu seçkilərin azad və ədalətli olacağına əmin olmaq istəyirik. Çox obyektiv qiymətləndirmə aparırıq. Ümidvarıq ki, seçkilər dinc olacaq. Gürcüstan xalqının seçkilərdə iştirak etmək imkanının və nəticənin onların iradəsinə uyğun olacağına inanırıq. Bu, bizim missiyamız və vəzifəmizdir", - deyə K.Vigenin bildirib.

Bu gün Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə keçirilir. Ölkədə 3648 seçki məntəqəsi açılıb.

Son xəbərlər

Orphus sistemi