ATƏT-in baş katibi Ermənistan XİN rəhbəri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

ATƏT-in baş katibi Ermənistan XİN rəhbəri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib ATƏT-in baş katibi Helqa Şmid Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib.
Region
18 İyul , 2023 21:32
ATƏT-in baş katibi Ermənistan XİN rəhbəri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

ATƏT-in baş katibi Helqa Şmid Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı regional gündəliyin əsas məsələləri müzakirə edilib, mövcud çağırışlar qarşısında ATƏT-in fəaliyyəti və rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

A.Mirzoyan ATƏT-in baş katibini Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti, habelə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində son hadisələr barədə məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi