Astanada Suriya üzrə danışıqların növbəti mərhələsi başlayıb

Astanada Suriya üzrə danışıqların növbəti mərhələsi başlayıb Danışıqlarda Türkiyə, İran və Rusiya XİN-lərinin təmsilçiləri, Suriyadakı müxalifətin və Bəşşar Əsəd rejiminin nümayəndələri iştirak edirlər
Region
14 Mart , 2017 09:34
Astanada Suriya üzrə danışıqların növbəti mərhələsi başlayıb
Courtesy İmage

Bakı. 14 mart. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların 3-cü mərhələsi başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş ikitərəfli və üçtərəfli məsləhətləşmələrdən ibarət olacaq.

Danışıqlarda Türkiyə, İran və Rusiya Xarici İşlər nazirliklərinin təmsilçiləri, Suriyadakı müxalifətin və Bəşşar Əsəd rejiminin nümayəndələri iştirak edirlər.

Məlumata görə, martın 14-də ilkin məsləhətləşmələr aparılacaq, martın 15-də isə geniş müzakirələrin keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi