Astanada Suriya hökuməti və müxalifət nümayəndələri arasında birbaşa danışıqlar gözlənilmir - YENİLƏNİB

Astanada Suriya hökuməti və müxalifət nümayəndələri arasında birbaşa danışıqlar gözlənilmir - YENİLƏNİB Plenar sessiya başa çatıb, danışıqlar müxtəlif, daha dar formatlarda davam etdiriləcək
Region
23 Yanvar , 2017 15:35
Astanada Suriya hökuməti və müxalifət nümayəndələri arasında birbaşa danışıqlar gözlənilmir - YENİLƏNİB

Bakı. 23 yanvar. REPORT.AZ/ Astanada Suriya hökuməti və müxalifət nümayəndələri arasında birbaşa danışıqlar hələlik gözlənilmir.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə danışıq iştirakçılarına yaxın mənbə məlumat verib.

"Qazaxıstan tərəfi plenar sessiyasının bütün iştirakçılarına təşəkkür edərək, onun başa çatdığını elan edib. Ehtimal ki, danışıqlar müxtəlif, daha dar formatlarda davam etdiriləcək. Hələlik Suriya hökuməti və müxalifət nümayəndələri arasında birbaşa danışıqlar gözlənilmir, danışıqlar yalnız vasitəçilər vasitəsilə olacaq. Eyni zamanda, nümayəndə heyətləri bir-birini dinləyərək cavab veriblər. Amma belə görünür ki, danışıqlar prosesi BMT və zəmanətçi ölkələrin vasitəçiliyi ilə davam edəcək", - mənbə bildirib.

***12:17

Astanada Suriya nizamlanması üzrə beynəlxalq danışıqlar başlayıb.

Bu barədə "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir.

Danışıqlar paytaxtdakı "Rixos President Astana Hotel" mehmanxanasında başlayıb. Danlışıqlarda yeddi tərəfin nümayəndələri iştirak edir. Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Suriya hökuməti və müxalifəti, Rusiya, Türkiyə, İran, ABŞ, eləcə də BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura danışıqlarda iştirakını təsdiq edib.

Qeyd edək ki, Qazaxıstanın paytaxtı bütün tərəflər üçün neytral ərazi kimi bu görüş üçün məkan seçilib. Qazaxıstan XİN danışıqların bağlı qapılar arxasında keçiriləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi