Astana formatının iştirakçıları Suriyanın suverenliyini dəstəklədilər

Astana formatının iştirakçıları Suriyanın suverenliyini dəstəklədilər Astana formatının iştirakçısı olan ölkələrin - Türkiyə, İran və Rusiyanın xarici işlər nazirləri - Mövlud Çavuşoğlu, Məhəmməd Cavad Zərif və Sergey Lavrov arasında bu gün videokonfrans keçirilib.
Region
128
22 Aprel , 2020 20:24
Astana formatının iştirakçıları Suriyanın suverenliyini dəstəklədilər

Astana formatının iştirakçısı olan ölkələrin - Türkiyə, İran və Rusiyanın xarici işlər nazirləri - Mövlud Çavuşoğlu, Məhəmməd Cavad Zərif və Sergey Lavrov arasında bu gün videokonfrans keçirilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər Suriyanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiklərini bildiriblər. Həmçinin İdlibdə mülayim müxalifəti terrorçulardan ayırmaq üzrə səy göstərməyə davam etməklə bağlı razılıq da əldə olunub.

Son xəbərlər

Orphus sistemi