Türkiyə XİN: “AŞPA ilə əlaqələri yenidən nəzərdən keçirməyə məcbur olacağıq”

Türkiyə XİN: “AŞPA ilə əlaqələri yenidən nəzərdən keçirməyə məcbur olacağıq” Türkiyə 2004-cü ilədək monitorinq altında idi və 13 il əvvəl post-monitorinq mərhələsinə keçmişdi
Region
25 Aprel , 2017 16:03
Türkiyə XİN: “AŞPA ilə əlaqələri yenidən nəzərdən keçirməyə məcbur olacağıq”

Bakı. 25 aprel. REPORT.AZ/ “Türkiyənin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Montorinq Komitəsinin montorinqi altına alınması haqqında qərarı qınayırıq”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən AŞPA-nın qərarına etiraz olaraq yaydığı bəyanatda qeyd olunub.

“AŞPA ilə əlaqələri yenidən nəzərdən keçirməyə məcbur olacağıq”, - sənəddə vurğulanıb.

Xatırladaq ki, aprelin 25-də AŞPA-da “Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi müzakirə olunub. Sessiyada iştirak edən 170 deputatın 113-ü qəraın lehinə, 45-i əleyhinə səs verib. 12 deputat bitərəf qalıb.

Qeyd edək ki, Türkiyə 2004-cü ilədək monitorinq altında idi və 13 il əvvəl post-monitorinq mərhələsinə keçmişdi. 

Son xəbərlər

Orphus sistemi