AŞPA Aleksey Navalnının azadlığa buraxılmasına dair qətnamə qəbul edib

AŞPA Aleksey Navalnının azadlığa buraxılmasına dair qətnamə qəbul edib Ona lazımi tibbi yardım göstərilməli və hüquqlarına tam hörmət edilməlidir
Region
188
22 Aprel , 2021 13:44
AŞPA Aleksey Navalnının azadlığa buraxılmasına dair qətnamə qəbul edib
Aleksey Navalnı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Aleksey Navalnının həbsi ilə bağlı qətnamə qəbul olunub.

"Report"un Fransa bürosu xəbər verir ki, qurum "Aleksey Navalnının saxlanılması və həbsi" adlı sənəddə Rusiyanı məhkəmənin qərarını icra etməyə, A.Navalnını azadlığa buraxmağa çağırıb.

Qətnamədə həmçinin bildirilib ki, ona lazımi tibbi yardım göstərilməli və hüquqlarına tam hörmət edilməlidir.

Eyni zamanda sənəddə İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin A.Navalnının saxlanıldığı yeri ziyarət edə bilməsi üçün şəraitin yaradılması, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin qətnamənin icrası ətrafında qurumla əməkdaşlıq etməsi və digər bu kimi tövsiyələr də yer alıb.

Son xəbərlər

Orphus sistemi