Avropa Şurası Rusiyanı 10 milyon avro kompensasiyanı Gürcüstana dərhal ödəməyə çağırıb

Avropa Şurası Rusiyanı 10 milyon avro kompensasiyanı Gürcüstana dərhal ödəməyə çağırıb Avropa Şurasının (AŞ) Nazirlər Komitəsi Rusiyanı 10 mln. avro həcmində kompensasiyanı Gürcüstana dərhal ödəməyə çağırıb.
Region
26 Sentyabr , 2019 12:08
Avropa Şurası Rusiyanı 10 milyon avro kompensasiyanı Gürcüstana dərhal ödəməyə çağırıb

Avropa Şurasının (AŞ) Nazirlər Komitəsi Rusiyanı  10 mln. avro həcmində kompensasiyanı Gürcüstana dərhal ödəməyə çağırıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə komitənin Rusiyadan 2006-cı ildə deportasiya olunanların işi üzrə qəbul etdiyi qərarda bildirilib.

Qərarda qeyd olunub ki, Rusiya Gürcüstana kompensasiyanı 2019-cu ilin aprel ayının 30-na qədər ödəməli idi. Lakin məbləğ bu günə qədər ödənilmədiyinə görə Rusiya tərəfindən müvafiq faizlər də tutulacaq.

Komitə həmçinin qeyd edib ki, Rusiyanın kompensasiya ödəməsi şərtsiz öhdəlikdir.

Avropa Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərarına əsasən, kompensasiya 2006-cı ildə insan haqlarının kobud pozulması ilə Rusiyadan kütləvi deportasiya olunan ən azı 1 500 şəxs arasında bölünməlidir. 

Son xəbərlər

Orphus sistemi