Arye Qut: “Njdenin xatirəsini əbədiləşdirmək Holokost qurbanlarının xatirəsinə təhqirdir”

Arye Qut: “Njdenin xatirəsini əbədiləşdirmək Holokost qurbanlarının xatirəsinə təhqirdir” İsrailli politoloq abidənin təhqir olunmasını qınayıb
Region
239
13 Fevral , 2021 16:34
Arye Qut: “Njdenin xatirəsini əbədiləşdirmək Holokost qurbanlarının xatirəsinə təhqirdir”
Arye Qut

İsrailli politoloq Arye Qut Yerevanda Holokost qurbanlarının xatirəsinə qoyulmuş abidənin təhqir olunmasını qınayıb.

“Report”a açıqlamasında A.Qut bunun faşizmin və neonasizmin uzun müddətdir dövlət ideologiyasına çevrildiyi ölkədə antisemitizmə aid başqa bir fakt olduğunu açıqlayıb.

“Biz, israillilər 5 il əvvəl İrəvanda nasistlərin, faşistlərin əlaltısı olan antisemit Qaregin Njdeyə ucaldılmış abidəyə necə reaksiya verməliyik? Bir ölkə insanlığa qarşı cinayətdə günahlandırılan faşist cinayətkara qəhrəman deyə bilərmi? Erməni faşist və antisemit general Njdeyə abidə ucaldılaraq onun xatirəsini əbədiləşdirmək biabırçılıq və Holokost qurbanlarının xatirəsinə təhqirdir. Şəxsən mənim – babası faşitlərin Ukraynada törətdiyi qətliamlarda bütün ailə üzvlərini itirmiş bir insan üçün İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması dözülməz mənəvi əzabdır”, - o deyib.

Son xəbərlər

Orphus sistemi