Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoruna qarşı cinayət işi başlana bilər

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoruna qarşı cinayət işi başlana bilər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyana qarşı cinayət işi başlana bilər.
Region
1 Oktyabr , 2019 12:08
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoruna qarşı cinayət işi başlana bilər

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyana qarşı cinayət işi başlana bilər.

“Report” xəbər verir ki, bu barədə “Qraparak” məlumat yayıb.

Bildirilib ki, Ermənistan Dövlət Nəzarəti Xidməti bir neçə gündür Milli Təhlükəsizlik Xidmətində yoxlama aparılır.

Məlumata görə, qurumun maliyyə-iqtisadi fəaliyyətinin yoxlanılması və sui-istifadə hallarının olub-olmamasının müəyyənləşdirilməsi tapşırılıb: “Bu isə Artur Vanesyana qarşı cinayət işinin başlanmasına əsas olacaq”.

Ermənistan Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Seda Aqbakyan məlumatı nə təkzib, nə də təsdiq edib.

Qeyd edək ki, sentyabrın 16-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan vəzifəsindən istefa verib. O, 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəisi müavini, 2018-ci il mayın 10-dan isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifələrində çalışıb.

Son xəbərlər

Orphus sistemi