“Ukrayna hələ də Almaniyanın vəd etdiyi 5 000 dəbilqəni görməyib”.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
"Alman xalqı öz siyasətçiləri ilə məşğul olmalıdır. Biz əziyyətlə anlamağa çalışırıq (Almaniya Ukraynaya hansı silahları verib – red). Mən hələ də onların bizə tədarük etməli olduqları 5 000 dəbilqəni görmək istəyirəm", - o əlavə edib.
Arestoviç Almaniya hökumətinin Ukrayna ordusu üçün artıq dəqiq nə verdiyini də sadalayıb.
"Onlar qumbaraatanlar, tank əleyhinə silahlar, döyüş sursatları verdilər. Köhnə sovet texnikasının alınmasına pul verdilər", - Prezident Ofisi rəhbərinin müşaviri bildirib.