Ermənistan parlamentinin keçmiş sədrinə ittiham irəli sürülüb

Ermənistan parlamentinin keçmiş sədrinə ittiham irəli sürülüb Ermənistan Xüsusi İstintaq Xidməti ölkə parlamentinin keçmiş sədri Ara Babloyana qarşı ittiham irəli sürüb.
Region
29 Oktyabr , 2019 09:49
Ermənistan parlamentinin keçmiş sədrinə ittiham irəli sürülüb

Ermənistan Xüsusi İstintaq Xidməti ölkə parlamentinin keçmiş sədri Ara Babloyana qarşı ittiham irəli sürüb.

“Report” “Radio Azatyun”a istinadən xəbər verir ki, bunu Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib.

Onun sözlərinə görə, A.Babloyan Cinayət Məcəlləsinin xidməti saxtakarlıq və hakimiyyətin qəsb edilməsi maddələri üzrə ittiham olunur.

Qeyd edək ki, 72 yaşlı A.Babloyan 1991-1997-ci illərdə səhiyyə naziri işləyib. Ölkə parlamentinin deputatı olub. 2017-2018-ci illərdə Ermənistan parlamentinin sədri vəzifəsini tutub. 

Son xəbərlər

Orphus sistemi