Bakı. 29 yanvar. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland ölkəsindəki Erməni Təşkilatları Əlaqələndirmə Şurasının təşkil etdiyi ənənəvi illik toplantıda qondarma "erməni soyqırımı"nın yüz illiyindən danışıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, erməniləri bu məsələ ilə bağlı "gerçəklərin qəbul edilməsi" istiqamətində fəaliyyəti davam etdirməyə çağırıb.
"Bu il soyqırımın tanınmasında yeni bir jest, yeni bir mərhələnin olacağına inanıram" , - F.Olland söyləyib.
O deyib ki, yasaqların aradan qaldırılmasının zamanı gəlib: "Türkiyə və Ermənistanın yeni bir başlanğıc etməyə ehtiyacı var ".
Fransua Olland bu il aprelin 24-də İrəvana gedəcəyini də bildirib.