Antalyaya 29 il sonra qar yağıb - FOTOREPORTAJ

Antalyaya 29 il sonra qar yağıb - FOTOREPORTAJ Türkiyənin cənubunda yerləşən Antalya şəhərinə 29 il aradan sonra ilk dəfə qar yağıb
Region
202
25 Yanvar , 2022 11:27
Antalyaya 29 il sonra qar yağıb - FOTOREPORTAJ

Türkiyənin cənubunda yerləşən Antalya şəhərinə 29 il aradan sonra ilk dəfə qar yağıb.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, şəhərə qar yerli saatla 03:00-da yağmağa başlayıb.

Məlumata görə, sonuncu dəfə 1993-cü ilin yanvarın 7-də Antalyada 5 sm qar düşüb.

Qeyd edək ki, Türkiyənin bir sıra şəhərləri ağ örpəyə bürünüb. Xüsusilə ölkənin ən iri şəhəri olan İstanbulda güclü qar şəhərdə nəqliyyatın hərəkətini iflic edib. Bu səbəbdən özəl avtomobillərin günorta saat 15:00-dək yola çıxması müvəqqəti olaraq yasaqlanıb.

Son xəbərlər

Orphus sistemi