Antalyanın meri koronavirusa yoluxub

Antalyanın meri koronavirusa yoluxub Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Mühiddin Böcəyə COVID-19 diaqnozu qoyulub
Region
1021
17 Avqust , 2020 10:04
Antalyanın meri koronavirusa yoluxub
Mühiddin Böcək

Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Mühiddin Böcəyə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə Mühiddin Böcək “Twitter” səhifəsində yazıb.

O, hazırda özünü yaxşı hiss etdiyini, həkimlərin müşahidəsi altında olduğunu vurğulayıb.

“Xahiş edirəm, maska istifadəsi, gigiyena və sosial məsafə qaydalarına riayət edin. Ümid edirəm, yaxın zamanda görüşəcəyik”, - o bildirib.

Xatırladaq ki, Türkiyədə indiyədək 249 309 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 5 974 nəfər ölüb, 230 969 nəfər isə sağalıb. Hazırda ölkədə 12 mindən çox aktiv koronavirus xəstəsi var.  

Son xəbərlər

Orphus sistemi