Antalyada atışma olub, ölən və yaralananlar var

Antalyada atışma olub, ölən və yaralananlar var Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda polislə naməlum şəxslər arasında atışma olub.
Region
29 Noyabr , 2022 08:04
Antalyada atışma olub, ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda polislə naməlum şəxslər arasında atışma olub.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, polisin “dayan” əmrinə tabe olmayan naməlum şəxslər avtomobildən atış açaraq 2 polisi ayağından yaralayıb.

Məlumata görə, baş verən atışmada bir şübhəli hadisə yerində ölüb, 3-ü isə yaxalanıb.

Bildirilib ki, yaralanan polislər xəstəxanaya qaldırılıb. Onların həyati təhlükəsi yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi