Antalyada baş verən meşə yanğını nəzarət altına alınıb - YENİLƏNİB

Antalyada baş verən meşə yanğını nəzarət altına alınıb - YENİLƏNİB Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda yaşayış məntəqələrinə yaxın meşəlik ərazidə yanğın başlayıb.
Region
14 avqust 2023 16:37
Antalyada baş verən meşə yanğını nəzarət altına alınıb - YENİLƏNİB

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda yaşayış məntəqələrinə yaxın meşəlik ərazidə başlayan yanğın nəzarət altına alınıb.

"Report" xəbər verir ki, yanğın nəticəsində 1,5 hektar meşə ərazisinə zərər dəyib.

Bölgədə soyutma işləri davam etdirilir.

Qeyd edək ki, hazırda Adana vilayətinin mərkəz Sarıçam rayonunda da meşə yanğınları davam edir.

18:18

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda yaşayış məntəqələrinə yaxın meşəlik ərazidə yanğın başlayıb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün bölgəyə 3 helikopter, 4 təyyarə, 7 suçiləyici və 6 su tankeri cəlb olunub.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi