Anomal istilər səbəbindən Gürcüstanda elektrik enerjisindən istifadə son 35 ildə rekord həddə çatıb

Anomal istilər səbəbindən Gürcüstanda elektrik enerjisindən istifadə son 35 ildə rekord həddə çatıb Buna baxmayaraq Gürcüstandan Azərbaycana elektrik enerjisinin ixracı dayandırılmayıb
Region
4 İyul , 2018 01:11
Anomal istilər səbəbindən Gürcüstanda elektrik enerjisindən istifadə son 35 ildə rekord həddə çatıb

Tbilisi. 4 iyul. REPORT.AZ/ Anomal istilər səbəbindən iyulun 2-də Gürcüstanda 1920 MVt elektrik enerjisi istehlak olunub. Buna baxmayaraq Gürcüstandan Azərbaycana elektrik enerjisinin ixracı dayandırılmayıb.

Bu barədə “Report”un Gürcüstan bürosuna “Gürcüstan Elektrik Sistemi” Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, iyulun 2-də havanın temperaturunun kəskin yüksəlməsi sayəsində elektrik enerjisindən bu qədər istifadə ötən əsrin 80-ci illərindən bu yana ilk rekord göstəricidir. Bu göstərici həmçinin, 2017-ci ilin analoji dövründəki istehlakla müqayisədə 12 faiz çoxdur.

Yay mövsümündə elektrik enerjisindən istifadə hətta qış dövrü ilə müqayisə də xeyli çoxdur.

“Gürcüstan Elektrik Sistemi” SC-dən onu da bildiriblər ki, Azərbaycana elektrik enerjisinin ötürülmə gücü hazırda 60 MVt təşkil edir.

Son xəbərlər

Orphus sistemi