​Ankaradakı terrorda 300 kq-lıq qarışıq partlayıcı maddədən istifadə edilib

​Ankaradakı terrorda 300 kq-lıq qarışıq partlayıcı maddədən istifadə edilib Şübhəlilər arasında Şanlıurfa bölgəsi Viranşəhr rayon bələdiyyəsi sədrinin qardaşı da var
Region
16 Mart , 2016 17:32
​Ankaradakı terrorda 300 kq-lıq qarışıq partlayıcı maddədən istifadə edilib

Bakı. 16 mart. REPORT.AZ/ Ankarada törədilən terror zamanı TNT, RDX, ammonium nitrat və bal mumunun qarışığından ibarət 300 kq-lıq qarışıq partladılıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğunu terrorda istifadə edilən maşındakı qadının işə saldığı müəyyənləşdirilib.

Xəbərdə qeyd edilib ki, martın 13-də Ankarada törədilən terrorla bağlı 12 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların arasında Türkiyənin Şanlıurfa bölgəsi Viranşəhr rayon bələdiyyəsi sədrinin qardaşı da var.

Xatırladaq ki, martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilən terror nəticəsində 35 nəfər həyatını itirib, 122 nəfər isə yaralanıb. Onlardan başqa 2 terrorçu da ölüb.

Son xəbərlər

Orphus sistemi